Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dünyanın ən böyük aysberqi parçalandı

01.09.2025 12:25 17 baxış sayı 1 dəq. oxuma Metbuat
Dünyanın ən böyük aysberqi parçalandı

Dünyanın ən böyük aysberqi A23a üç ayda təxminən 36% kiçilib.

Metbuat.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutu (AARI) məlumat yayıb.

Alimlər bildiriblər ki, sahəsi 60 ilə 300 kvadrat kilometr arasında olan üç parça eyni anda aysberqdən qopub.

"Üç Antarktida qış ayı ərzində aysberq öz ərazisinin 36%-ni itirib. İyunun əvvəlində onun sahəsi 2730 kv.km təşkil edib ki, bu da Moskvanın ərazisi ilə müqayisə oluna bilər. Hazırda onun sahəsi 1750 kv.km təşkil edir - indi isə Sankt-Peterburqla müqayisə oluna bilər", - məlumatda deyilir.

İnstitutun məlumatına görə, aysberq Cənubi Corciya adasından 70 km şimala doğru sürüklənir.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: