🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Real”da Messi böhranı - Peres də heyrətə gəldi

18.08.2025 14:25 1 baxış sayı 1 dəq. oxuma
“Real”da Messi böhranı - Peres də heyrətə gəldi

“Real Madrid”in yeni transferi Franko Mastantuonon Lionel Messi barəsində sözləri ilə bağlı müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, futbolçu təqdimetmə mərasimi zamanıLionel Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu ifadə etmişdi. Futbolçunun ilk mətbuat konfransında cəsarətli açıqlaması “Real” tərəfində birmənalı qarşılanmayıb. “Santyaqo Bernabeu”da prezident Florentino Peresin də iştirak etdiyi imzalanma mərasimində danışan Mastantuono, bir sıra klubların marağına baxmayaraq “Real”a razılıq verdiyini ifadə edib.

Futbolçu həmçinin, "Messi "Barselona" və Argentinalılar üçün çox şey deməkdir. Düşünürəm ki, "Real Madrid" dünyanın ən böyük klubudur, amma mənim üçün dünyanın ən yaxşı oyunçusu Messidir. Mən Argentinalıyam, mənim üçün isə o, ən yaxşısıdır" - deyə bildirib.

Paylaş: