Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dollar dəyərdən düşür - Tələbat azaldı

15.04.2025 20:25 65 baxış sayı 2 dəq. oxuma Metbuat
Dollar dəyərdən düşür - Tələbat azaldı

ABŞ Prezidenti Donald Trampın vergi açıqlamaları səbəbiylə birjalarda gərginlik davam edərkən, ABŞ fond bazarında cüzi artım, dollar və neftdə isə eniş müşahidə olunub.

Metbuat.az xəbər verir ki, enişin davam etməsinə səbəb ABŞ-nin kompüterlərə tariflərin tətbiq edə biləcəyi barədə bəyanatlarıdır. Məlumata görə, “Dow Jones Industrial Average” təxminən 0,4 faiz, “S&P 500” 0,5 faiz, “Nasdaq” isə 0,3 faiz bahalaşıb. Bu artıma xüsusilə “Apple” səhmlərinin 2,3 faiz dəyər qazanması səbəb olub.

Qeyd edək ki, Tramp administrasiyasının Çindən idxal edilən məhsulların 23 faizini təşkil edən 20 məhsul qrupunu tariflərdən azad etməsi istehsalçıları məmnun edib. Lakin bu da bundan əvvəl böyük itkilər verən ABŞ birjalarının çox bahalaşması üçün kifayət etməyib.

Dollar ticarət siyasətindəki uyğunsuzluq səbəbindən qeyri-sabit kursunu davam etdirib və dollar indeksi 0,2 faiz ucuzlaşıb. İddialara görə, investorlar ABŞ-dən aktivlərinin çıxışını intensivləşdirib. “Wells Fargo” analitikləri ABŞ-nin “artım üstünlüyünü” itirdiyini və dollara qlobal tələbatın azaldığını bildiriblər.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: