🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA

19.09.2020 07:17 396 baxış sayı 3 dəq. oxuma
SOCAR-dan Aİ-92 benzini ilə bağlı

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) planlı təmiri müddətində Azərbaycanda daxili tələbatın qarşılanması üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var.

Bunu  SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, pandemiyanın vurduğu ziyana baxmayaraq, SOCAR yaranmış vəziyyətdən faydalana bildi:

"Ölkədəki qapanma nəticəsində mart-aprel ayından başlayaraq yanacağa tələbat səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu da zavodun fəaliyyətinin dayandığı müddətdə ehtiyat toplamağa, eləcə də müəyyən hissəni ixrac etməyə imkan verdi. Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət etməlidir. Bu, həmçinin bizim üçün bu il bu növ yanacağın idxalına zərurət yaratmayacaq".

İ.Əhmədov bildirib ki, Azərbaycan sonuncu dəfə Aİ-92 benzinini 2014-cü ilin dekbarında ixrac edib:

"2015-ci ildən başlayaraq, yəni beş ildən çoxdur ki, bz benzini ixrac etmirik, çünki bütün istehsal həcmi son onillikdə əhəmiyyətli dərəcədə böyümüş daxili tələbata yönəlir. Bu il qapanma dövründə daxili bazarda benzinə tələbat azaldığı üçün biz ixracı bərpa etdik. Amma tələb səviyyəsi artıq əvvəlki həddə yaxınlaşmaqdadır".

Etiketlər

Paylaş: