Füzuliyə köçürülmüş sakinlərdən neçə nəfəri məşğulluq tədbirlərinə cəlb edilib?

17.10.2025 11:05 9 baxış sayı 1 dəq. oxuma Trend
Füzuliyə köçürülmüş sakinlərdən neçə nəfəri məşğulluq tədbirlərinə cəlb edilib?

Bakı. Trend:


Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib.


Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.


Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Nazirlik bildirir ki, həmin sakinlərdən artıq 1102 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.


Onlardan 1047 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib. Köçürülmüş sakinlərdən 53 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. 55 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.


Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir, deyə Nazirlikdən qeyd edilib.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: