🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

COP29 Təşkilat Komitəsi: Bakıda dünya səhnəsi hazırlanır

31.10.2024 15:25 21 baxış sayı 5 dəq. oxuma
COP29 Təşkilat Komitəsi: Bakıda dünya səhnəsi hazırlanır

COP29 Təşkilat Komitəsinin sonuncu iclası keçirildi: Bakı Olimpiya Stadionunda möhtəşəm bir dünya səhnəsi hazırlanır

Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclası baş tutdu.

İclasda bildirildi ki, COP29-a sayılı günlər qalıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan bəri hazırlıq prosesi sürətləndirilib və yekunlaşmaqda. COP29-a hazırlığın son mərhələsində Prezident İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunda gedən genişmiqyaslı işlərlə tanış olub və müvafiq tapşırıqlar verib.

Təşkilat Komitəsinin sədri Samir Nuriyev, COP29-un Liderlər Sammitində 100-dən çox dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakını gözlədiklərini və bu, Azərbaycana və Prezident İlham Əliyevə hörmətin bariz nümunəsi olduğunu vurğuladı.

Samir Nuriyev əlavə etdi ki, COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən çox şəxs qeydiyyatdan keçib və bu sayın artması gözlənilir.

Təşkilat Komitəsinin sədri xatırlatdı ki, Prezident İlham Əliyev oktyabrın 10-11-də Bakıda keçirilmiş Pre-COP29 tədbirində, yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini vurğulayaraq, “Bakı Sazişi”nin əldə edilməsinin beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inamını ifadə edib. Samir Nuriyev bildirdi ki, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla təmasları zamanı COP29-da uğurlu nəticələrin əldə edilməsi imkanlarının daha da artdığı müşahidə olunur.

Prezident Administrasiyasının rəhbəri COP29 zamanı Bakıda nəqliyyatın planlı şəkildə təşkil olunması ilə bağlı hazırlanmış Nəqliyyat Planının icrasının təmin edilməsinin vacibliyini vurğuladı.

Samir Nuriyev, həmçinin Bakı Olimpiya Stadionunda yekunlaşmaqda olan hazırlıq işləri, dövlət qurumları tərəfindən beynəlxalq tərəfdaşlarla birlikdə təşkil ediləcək tədbirlər və digər məsələlər barədə danışıb.

Təşkilat Komitəsinin sədri xarici medianın və qeyri-hökumət təşkilatlarının da COP29-da iştiraka böyük maraq göstərdiyini bildirdi.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik sessiyası və hazırda Kolumbiyada işini davam etdirən BMT-nin “Bioloji Müxtəliflik haqqında” Konvensiyasına Tərəflərin Konfransı da daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə danışıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media-kommunikasiya sahəsində həyata keçirilən fəaliyyət və vətəndaş cəmiyyətinin COP29-a töhfəsi ilə bağlı çıxış edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda görülən işlər, paytaxtda keçirilən nəqliyyat monitorinqləri və digər təşkilati-logistika məsələləri barədə danışıb.

Xarici işlər naziri Ceyhun Bayramov COP29 zamanı qəbul edilməsi nəzərdə tutulan mühüm sənədlər, xüsusilə yeni iqlim maliyyəsi hədəfi ətrafında son vəziyyət barədə çıxış edib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda yaşıl enerji sahəsində həyata keçirilən işlər, Energetika Nazirliyinin xətti ilə COP29 zamanı təşkil edilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Həftəsi və keçirilən digər tədbirlərlə bağlı məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov COP29-un təşkili prosesində miqrasiya idarəçiliyi barədə danışıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev COP29 zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan işlər barədə məlumat verib.

COP29-un Gənc iqlim çempionu Leyla Həsənova gənclərin iqlim fəaliyyətində iştirakı sahəsində görülən işlər barədə danışıb.

İclasda Bakı Olimpiya Stadionunda hazırlıq işlərinin son vəziyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın COP29-da Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti tarixi uğuruna imza atacağına əminliyini ifadə edib, COP29 Tədbirlər Planının icrasının davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

Paylaş: