🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

COP29-a hazırlıq ən yüksək səviyyədə təşkil edilib - İnterpolun prezidenti

18.11.2024 14:25 7 baxış sayı 3 dəq. oxuma
COP29-a hazırlıq ən yüksək səviyyədə təşkil edilib - İnterpolun prezidenti

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş prokuror Kamran Əliyev İnterpolun prezidenti Ahmed Naser Al-Raisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Kamran Əliyev ən böyük beynəlxalq qurumlardan biri olan və ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətli rol oynayan İnterpol ilə Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

İnterpolun prezidenti Ahmed Naser Al-Raisi ölkəmizdə prokurorluq orqanlarında həyata keçirilən islahatları müsbət dəyərləndirərək rəhbərlik etdiyi təşkilatla Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı-faydalı əlaqələrin inkişaf etdirilməsinin perspektivlərindən danışıb. O, Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu və COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb, COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyanın uğurla başa çatdığını bildirib.

Görüş zamanı Azərbaycanın Baş Prokurorluğu ilə İnterpol arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, cinayət törətdiklərinə görə axtarışda olan və xarici dövlətlərin ərazilərində gizlənən şəxslərin tutulması ilə əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı məsələlər də müzakirə olunub.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Paylaş: