Son Xeberler
Son Xeberler

30.09.2024 19:25

6 abunə

10

COP29-a Hazırlıq Üçün FHN-də Müşavirə Keçirildi

COP29-a Hazırlıq Üçün FHN-də Müşavirə Keçirildi

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) hazırlaşır.


FHN-nin rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında keçirilən müşavirədə nazir müavinləri və aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Bu müşavirədə COP29 üçün təhlükəsizlik məsələlərinin müzakirəsi aparılıb.


Nazir Heydərov öz çıxışında COP29-un əhəmiyyətini qeyd edib və bu mötəbər tədbirə hazırlıqla əlaqədar FHN-in üzərinə düşən vəzifələrin icrasını vurğulayıb.


Müşavirədə FHN-də yaradılmış Qərargahın üzvləri ötən müşavirədən bu yana görülmüş işləri təqdim ediblər və geniş müzakirələr aparılıb.


Müşavirənin sonunda nazir Heydərov FHN-in ayrı-ayrı qurumlarına tədbirin yüksək səviyyədə keçirilməsi üçün müvafiq tapşırıqlar verib.