Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır

25.11.2025 18:13 8 baxış sayı 3 dəq. oxuma Metbuat
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır

Birbank müştərilərinə Yeni il lotereyası ilə Sea Breeze-də mənzil qazanmaq şansı yaradır. Bu böyük kampaniya çərçivəsində minlərlə başqa hədiyyə də təqdim olunur. Lotereyada iştirak etmək üçün Birbank debet, Birbank taksit və Birbank Star kartları ilə ödənişlər etmək kifayətdir. Lotereya 17 noyabr 2025-ci il ilə 31 yanvar 2026-cı il tarixləri arasındakı bütün ödənişlərə şamil edilir.


Azərbaycanın 18 yaşdan yuxarı bütün vətəndaşları bu kampaniyada iştirak edə bilərlər. Qeydiyyat tələb edilmir. Müştərilər müvafiq əməliyyatlara görə biletləri avtomatik alırlar və onları Birbank mobil tətbiqində "Yeni il lotereyası" bölməsində izləmək mümkündür. Ümumilikdə 10 000 qalibin seçiləcəyi bu lotereyada müxtəlif qiymətli hədiyyələr iştirakçılara təqdim olunur. Əsas mükafat, yəni super-priz, Sea Breeze-dəki "Park Lane" yaşayış kompleksində yerləşən mənzildir, hansı ki, yalnız bir nəfər onu qazanacaq.


Hədiyyələr siyahısı çox genişdir. Doqquz nəfər "iPhone 17 Pro", 20 nəfər "Apple Watch SE2" və 40 nəfər "AirPods Pro" qazanacaq. Həmçinin 30 nəfər 500 AZN dəyərində səyahət paketi əldə edəcək. Qaliblərin böyük hissəsi, 9900 nəfər isə müxtəlif sayda bonuslar qazanacaqlar. İştirakçılar ödənişlərin sayını artıraraq qalib gəlmək şanslarını yüksəldə bilərlər. Daha çox ödəniş daha çox bilet deməkdir.


Birbank kart sahibləri mobil tətbiq daxilində xüsusi tapşırıqları yerinə yetirərək də bilet sayını artıra bilərlər. Bunun üçün tətbiqdə "Bizdən sizə" bölməsinə daxil olaraq "Yeni il lotereyası" hissəsinə keçmək lazımdır. Qazanmaq şansını kəskin artıran bir məqam da Birmarket-də edilən alış-verişlərdir. Birmarket ödənişləri biletlərin sayını tam 10 qat artırır. Qeyd edilir ki, hər müştəri lotereyada yalnız bir dəfə qalib ola bilər. Qaliblərin seçimi 23 fevral 2026-cı il tarixində, Birbank-ın rəsmi sosial media kanallarında canlı yayımla, təsadüfi üsul vasitəsilə həyata keçiriləcək.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: