🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

"Birbank" mobil tətbiqi ilə ictimai nəqliyyatda ödənişdə problem yaranıb

14.10.2025 15:37 11 baxış sayı 1 dəq. oxuma
"Birbank" mobil tətbiqi ilə ictimai nəqliyyatda ödənişdə problem yaranıb

"Birbank" mobil proqramının QR bilet ödənişi sistemində hazırda texniki nasazlıqlar yaranıb.


Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən ciddi işlər aparılır və nasazlığın qısa müddətdə aradan qaldırılacağı gözlənilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sistemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur.


Məlumat üçün bildirək ki, bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində müəyyən maneələr yaranıb. Nəticədə metro stansiyalarında və avtobuslarda ciddi sıxlıq müşahidə olunur.


Paylaş: