Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Beşiktaş" "Real"ın ulduzunu istəyir - Alonso heyətdən sildi

05.09.2025 15:25 18 baxış sayı 1 dəq. oxuma Metbuat
"Beşiktaş" "Real"ın ulduzunu istəyir - Alonso heyətdən sildi

"Beşiktaş" heyətini gücləndirmək üçün transfer fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, müdafiə mövqeyini gücləndirmək istəyən klub, "Sent-Etyen"in futbolçusu Davitaşvili və “Real Madrid”in gənc ulduzu Rual Asensionun xidmətinə maraqlıdır. Bildirilir ki, yeni məşqçi Sergen Yalçın "Real Madrid"dən Asensionu idarə heyətinə təklif edib. Transfer dəyəri 40 milyon avro olan ispan müdafiəçi üçün icarə təklifi irəli sürülüb.

Məlumata görə, Asensionun müqaviləsi mövsümün sonunda başa çatır. İcarə təklifi qəbul olunarsa, "Real Madrid" futbolçunun müqaviləsini uzadacaq və "Beşiktaş"a keçməsinə icazə verəcək. Asensio bu mövsüm əsas heyət futbolçusu hesab edilmir. Davitaşvilinin "Sent-Etyen"lə müqaviləsi 2028-ci ildə yekunlaşır.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: