Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Baş Prokurorluq Sevinc Osmanqızına bildiriş göndərdi

13.11.2025 17:43 7 baxış sayı 3 dəq. oxuma Metbuat
Baş Prokurorluq Sevinc Osmanqızına bildiriş göndərdi

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb. Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən ona rəsmi bildiriş göndərilib. 1969-cu il təvəllüdlü Sevinc Osman qızı Mirzəyeva Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs qismində çağırılır.


Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub. Sevinc Mirzəyeva şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə saat 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir. Ona xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla bilər və yekun məhkəmə qərarı qiyabi çıxarıla bilər.


Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ağır maddələri əhatə edir. 252006069 saylı cinayət işi üzrə 23 fevral 2025-ci il tarixdə Sevinc Mirzəyevaya Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmişdi. O, istintaq orqanından qaçdığı və ölkə hüdudlarından kənarda gizləndiyi üçün barəsində axtarış elan edilmişdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həmin tarixdə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.


18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilib. Sevinc Mirzəyevanın Abid Qafarovla əlbir olaraq Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərarı qəbul olunub. İttihama əsasən, o, youtube portalında idarə etdiyi "Sevinc Osmanqızı TV" adlı kanalında 2019, 2020, 2023, və 2024-cü illərdə yayımladığı video müraciətlərində insanları zor tətbiqi yolu ilə mövcud hakimiyyətə qarşı çıxmağa təşviq edib. Bu hərəkətlər Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan ixtişaşlara açıq çağırışlar etməsinə əsalı şübhələr yaradır. O, Beydulla Ənvər oğlu Manafov və Abid Abdin oğlu Qafarovla birgə çıxışlarında da oxşar cinayətkar niyyətlə hərəkət edərək çağırışları təkrarlayıb.


Prosessual qaydalara görə, təqsirləndirilən şəxsə Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ilkin istintaqda iştirak etmək, öz seçimi əsasında müdafiəçi ilə təmin olunmaq da daxil olmaqla digər hüquqlarının olduğu izah edilir. Əgər o, müdafiəçidən istifadə edərsə, bununla bağlı məlumatları istintaq orqanına göndərməlidir. Lakin, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraatın açılacağı və qiyabi hökmün çıxarıla biləcəyi barədə ona sonuncu dəfə xəbərdarlıq edilir.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: