DİQQƏT! Bu şəxslərə əlavə pul veriləcək - ŞAD XƏBƏR
Azərbaycanda kirayə mənzildə yaşayan prokurorluq işçilərinə onun hər bir ailə üzvünə görə müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödəniləcək.
Nazirlər Kabinetinin “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”da müvafiq dəyişiklik edilib.
Dəşikikliyə görə, bunun üçün prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsi, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələri və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiqlənmiş surəti təqdim edilməlidir. Eyni zamanda prokurorluq işçisi ailə tərkibində dəyişiklik baş verdikdə bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyasının verilməsi ilə bağlı müvafiq sənədlər gətirməlidir.
Qeyd edək ki, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:
Bakı şəhərində - 150 manat
Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat
başqa şəhər və rayon mərkəzlərində - 75 manat
digər yaşayış məntəqələrində - 55 manat.
Oxşar xəbərlər
Bu şəxslərə əlavə maaş veriləcək
Son Xeberler
Hökumətdən unun və çörəyin qiyməti ilə bağlı
Son Xeberler
SON DƏQİQƏ! Bu şəxslərə əlavə pul veriləcək - ŞAD...
Son Xeberler
Bəzi şəxslərə koronavirus vaksini vurulmayacaq -
Son Xeberler
Diqqət: Bu şəxslərə 4 400 manat veriləcək
Son Xeberler
190 manatı gözləyənlərə ŞAD XƏBƏR –
Son Xeberler