🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

13.06.2025 20:25 12 baxış sayı 1 dəq. oxuma
 Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.

Metbuat.az xəbər verir ki, bu barədə Oxu.az-a təyyarədə olan sərnişin məlumat verib.

Sərnişinin iddiasına görə, təyyarə qəza vəziyyəti ilə üzləşib, buna görə də, geri dönməli olub.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən Oxu.az-a bildirilib ki, Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan istiqamətində planlaşdırılan "J2 257" nömrəli reysi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti (tufan) səbəbindən geri qayıdıb:

"Sözügedən reys Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək".

"Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 "WhatsApp" nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - deyə şöbə rəhbəri əlavə edib.

Paylaş: