
AZAL-ın Rusiyaya uçan təyyarəsi geri qayıtdı - YENİLƏNİB

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Qeyd edilib ki, Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
***
12:37
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mineralnıye Vodıya uçan təyyarəsi hava limanına qayıtmağa məcbur olub.
Metbuat.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb.
Xəbər yenilənəcək...
Oxşar xəbərlər

Aktauda qəza yerində fövqəladə vəziyyət rejimi tət...
Bugun.az

AZAL təyyarəsinin vurulması təsdiqləndi - DETALLAR
Bugun.az

Əsirlikdən qayıtdı deyilən "Amin" baxın əslində Kİ...
Son Xeberler

TƏBİB sədri yaralılar barədə danışdı
Bugun.az

Çindən bir qrup həkim Azərbaycana gəldi -
Son Xeberler

"Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir pa...
Bugun.az