
Bakıda meteor yağışı müşahidə ediləcək

Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq.
Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.
Eta-Akuariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.
Qeyd edək ki, Eta-Akuariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər - "axan ulduzlar" əmələ gətirir.
Eta-Akuariid yağışının mənşəyi Halley kometidir. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometlərdən biridir. Maraqlıdır ki, Halley kometi həm mayda müşahidə olunan Eta-Akuariid, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Meteor yağışı bu tarixə qədər aktiv olacaq
Bugun.az

Halley Kometasının İzi: Eta Aquarid Meteor Yağmuru
Texnologiya xəbərləri

Bakıda Leysan Yağışı: Səbəb Açıqlandı
Bugun.az

Şiddətli qış gəlir
Son Xeberler

Azərbaycanın Bəzi Rayonlarında Qar Yağır
Bugun.az

Bakı-İstanbul yolunda qar fəlakəti: Onlarla avtomo...
Son Xeberler


