Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Bakıda dəhşətli qəza:Bir ailənin meyiti çıxarıldı

22.12.2024 14:25 117 baxış sayı 2 dəq. oxuma Metbuat
​Bakıda dəhşətli qəza:Bir ailənin meyiti çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin 15-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirirək yol kənarında yerləşən maneəyə çırpılması nəticəsində qəzanın baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Xatun Tofiq qızı Əliyeva, 1964-cü il təvəllüdlü Akif Əlisamid oğlu Əliyev və 1967-ci il təvəllüdlü Lətafət Tofiq qızı Əliyevanın meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: