Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakı metrosunda aylıq gediş kartları tətbiq oluna bilər

29.08.2025 10:25 16 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakı metrosunda aylıq gediş kartları tətbiq oluna bilər

"Dünyanın müxtəlif metro şəbəkələrində məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun ödəniş edirlər".

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır.

"Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi imkanları müzakirə mövzusudur. Aylıq, birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Bu istiqamətdə daim müzakirələr aparılır".

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: