🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər - AÇIQLAMA

22.12.2020 12:49 961 baxış sayı 2 dəq. oxuma
Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər -

Xəbər verdiyimiz kimi "COVID-19" pandemiyasının sürətli yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində dekabrın 14-dən yanvarın 18-dək sərt karantin rejimi tətbiq olunub. Hətta Operativ Qərargahın son brifiqində də rayonlara gediş-gəlişin məhdudlaşdırılmasına dair qərarın qəbul edilib. Maraqlıdır, bəs yanvarın 18-dən sonra rayonlara gediş-gəliş bərpa ediləcəkmi?

Bununla bağlı deputat Cavid Osmanov Sonxeber.az-a danışıb:

"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yanvarın 18-nə kimi məhdudlaşdırıcı sərt karantin rejimi tətbiq olunub. Bununla da bəzi şəhər və rayonlarımıza gediş-gəliş bağlanıb. Yanvarın 18-nə kimi olan statistik göstəricilərdə yoluxanların sayı ilə sağalanların sayında normallaşma müşahidə olunarsa, bundan sonrakı mərhələdə Operativ Qərargah mövzuyla bağlı yeni qərarını açıqlayacaq. Düşünürəm ki, vəziyyət normallaşsa və yoluxma sayı getdikcə azalsa, 18-dən sonra gediş-gəliş bərpa oluna bilər".

Paylaş: