
Azərbaycanla Macarıstan arasında hərbi əməkdaşlıq müzakirə edildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlikdə keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyətindən razılıq ifadə edən nazir Macarıstanın bütün səviyyələrdə Azərbaycana dəstəyini xüsusi qiymətləndirib. Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışan müdafiə naziri ölkələr arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.
General Q.Böröndi öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət təsirini qeyd edib. Görüşdə hərbi əməkdaşlığın gələcək perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Macarıstan respublikalarının Dövlət himnləri səsləndirilib. General Q.Böröndi protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik K.Vəliyev macarıstanlı həmkarı ilə görüşüb.
Görüşdə Azərbaycan və Macarıstan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Zakir Həsənova medal təqdim edildi -FOTO
Bugun.az

Azərbaycanla Çinin Sian şəhəri arasında birbaşa ha...
Azəri Xəbər

Azərbaycan və NATO-nun qarşılıqlı fəaliyyət planı...
Bugun.az

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın yeni...
Azəri Xəbər
ABŞ Dövlət Katibi Rubio Macarıstan, İsveç və Boliv...
Son Xeberler

Prezident Macarıstanın Baş nazirini təbrik etdi
Bugun.az


