🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb

27.09.2025 21:25 1 baxış sayı 1 dəq. oxuma
Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri start götürüb.

Metbuat.az xəbər verir ki, ilk yarış günündə 4 cüdoçu fəxri kürsüyə qalxıb.

66 kiloqram çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb. İslam Rəhimov qızıl, Nazir Talıbov isə gümüş medala yiyələnib. 60 kiloqram çəkidəki təmsilçilərimiz Hüseyn Allahyarov və Murad Muradlı üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.

Günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycan ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirə 35 ölkədən 405 idmançı qatılıb.

Paylaş: