🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Taekvondoçular Bolqarıstanda 3 medal qazandılar

16.05.2025 20:25 52 baxış sayı 1 dəq. oxuma
Taekvondoçular Bolqarıstanda 3 medal qazandılar

Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda 3 medal qazanıblar.

Taekvondo Federasiyasından Metbuat.az-a verilən məlumata görə, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.

Paylaş: