Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanda 17 yaşlı gəlin öldü

29.10.2025 07:52 9 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycanda 17 yaşlı gəlin öldü

Astara rayonunda dəhşətli faciə yaşanıb. Dünən toyu olan 17 yaşlı gəlin mərasimdən bir gün sonra qəfil vəfat edib.


Astara rayon sakini, 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndindəki şadlıq saraylarından birində toy mərasimi keçirib. Məlumata görə, toy başa çatdıqdan qısa müddət sonra gənc qız özünü pis hiss etməyə başlayıb.


Vəziyyəti pisləşən Ə.İ. təcili yardım çağırıldıqdan sonra Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb və dərhal hospitalizasiya olunub. Həkimlər onu xilas etmək üçün böyük səy göstərsələr də, bu mümkün olmayıb. Gəlinin həyatını xilas etmək mümkün olmayıb.


Gənc qızın ölümü ilə əlaqədar Astara rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Hazırda ölümün dəqiq səbəbləri müəyyən edilir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: