
Azərbaycan Kubokunda növbəti yarımfinalçı bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinalçı müəyyənləşib.
Metbuat.az-ın məlumatına görə, 1/4 finalda səfərdə "Sumqayıt"a 4 cavabsız qolla qalib gələn "Sabah" yarımfinala adlayıb.
Qonaqların heyətində Anatoli Nuriyev (55), Xəyal Əliyev (71), Coy-Lens Mikels (82) və Amin Seydiyev (90+3) fərqləniblər.
Bu komandalar arasında keçirilən ilk görüşdə hesab açılmamışdı.
"Bayquşlar" növbəti raundda "Neftçi" - "Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün baş tutan digər 1/4 final matçında "Qarabağ" "Səbail"i 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksələn ilk komanda olub. 1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.
Oxşar xəbərlər

Basketbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı...
Bugun.az

"Sabah" Klubu FIBA Avropa Kubokunda Debüt Oyununu...
Bugun.az

Şahmat üzrə Azərbaycan çempionatının ilk yarımfina...
Bugun.az

"Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə q...
Bugun.az

Eminin Ev Yarışmasının Qalibi Bəlli Oldu!
Bugun.az

Qadın voleybolçular arasında Azərbaycan Kubokunun...
Bugun.az