
Azərbaycan gimnastları Dünya Kubokunu 3 medalla başa vurdu - FOTO

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulub.
Metbuat.az xəbər verir ki, iki gün davam edən yarışda 15 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə mübarizə aparıblar.
Azərbaycan gimnastları Dünya Kubokunu 3 medalla başa vurublar. Tamblinq üzrə millinin üzvlərindən Adil Hacızadə qızıl, Tofiq Əliyev isə gümüş mükafata sahib çıxıb.
Turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış ediblər. Bu növ üzrə Selcan Mahsudova və Əli Niftəliyev cütlüyü bürünc medala yiyələnib.
Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda 9 idmançı ilə təmsil olunub.
Oxşar xəbərlər

Avropadan 3 medalla qayıtdılar
Bugun.az

Korkunç görüntüler geliyor! İsrail savaş uçakları...
Son Xeberler

Kamil Zeynallı iki medalla təltif edildi - FOTO
Son Xeberler

İdmançılarımız Türkiyədə 7 qızıl medal qazandı
Bugun.az

Məşhur azərbaycanlı hakim karyerasını başa vurdu
Bugun.az

Vinisius'a Deyilən Sert Cavab: "İki Çempionlar Liq...
Son Xeberler