
Azərbaycan cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurdu

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb.
Metbuat.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.
+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kiloqram) və Tuncay Şamil (-90 kiloqram) gümüş mükafata yiyələniblər.
Qeyd edək ki, ilk yarış günü gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kiloqram) ilə Məhəmməd Musayev (-66 kiloqram) qızıl, Nihad Məmişov (-66 kiloqram) və Əbil Yusubov (-73 kiloqram) bürünc medal əldə etmişdilər.
Beləliklə, 7 medal qazanmış gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa Kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladıl...
Bugun.az

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla ba...
Bugun.az

Azərbaycan gimnastları Dünya Kubokunu 3 medalla ba...
Bugun.az

Azərbaycanın cüdo yığması Avropa çempionatında bir...
Bugun.az

Azərbaycan cüdoçuları 4 medal qazandı
Bugun.az

Avropadan 3 medalla qayıtdılar
Bugun.az