🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ayxan Abbasov millidə qalsa, çox sevinərəm - Emin Mahmudov

09.09.2025 20:25 1 baxış sayı 1 dəq. oxuma
Ayxan Abbasov millidə qalsa, çox sevinərəm - Emin Mahmudov

"Ayxan Abbasov son iki gündə bizə özünəinam qazandırdı".

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin rekordmen kapitanı Emin Mahmudov deyib.

"Çox möhtəşəm bir hissdir. Bu rekordu qırmaq üçün çox əziyyət çəkmişdim. Komanda yoldaşlarıma minnətdaram. Onların köməyi olmasaydı, millinin heyətində ən çox qol vuran oyunçu ola bilməzdim. Ayxan Abbasov bir günə çox şeyi dəyişə bilməzdi, amma bizə motivasiya və psixoloji baxımdan böyük dəstək verdi. Ayxan Abbasovun millidə qalmasını istəyərəm. Onun gəlişindən sonra komandada ruh yüksəkliyi yarandı. Komandadan göndərilən baş məşqçilər barədə danışmaq istəmirəm, amma hesab edirəm ki, yığmaya yerli məşqçinin rəhbərlik etməsi daha yaxşı olar".

Paylaş: