
Ayxan Abbasov: "Şamaxı"nın toparlanmağa ehtiyacı var"

"Şamaxı" futbol komandasının toparlanmağa ehtiyacı var.
Bölgə təmsilçisinin baş məşqşisi Ayxan Abbasov bu fikirləri mətbuat konfransında açıqlayıb.
Mütəxəssis Misli Premyer Liqasının VIII turunda "Kəpəz"ə evdə 1:4 hesabı ilə uduzduqları oyunla bağlı öz düşüncələrini bölüşüb.
"Üzücü məğlubiyyət oldu," Abbasov deyib. "Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf ki, biz onları sevindirə bilmədik. Çempionatda bəzən elə oyunlar olur ki, heç nə səndə alınmır, hər şey rəqib tərəfdə olur. Bu gün bizim üçün həmin matçlardan biri idi. Oyuna yaxşı başlasaq da, qol vursaq da, 20-ci dəqiqədən sonra komandada eniş hiss etdik."
A.Abbasov qeyd edib ki, futbolçu Abdullahi Şuaybun qırmızı vərəqə alması matçın "qırılma nöqtəsi" oldu.
"Bəlkə də 11 nəfərlə oynasaydıq, nələrisə dəyişə bilərdik. Biz növbəti qarşılaşmalara hazırlaşmalıyıq. Belə hadisələr ötən mövsümdə də başımıza gəlib. Zədəlilərimiz var. Rotasiyalar etməkdə çətinlik çəkirik. Amma bu, bəhanə deyil. Komanda olaraq toparlanmağa ehtiyacımız var," baş məşqçi sözlərini tamamlayıb.
Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ayxan Abbasov millidə qalsa, çox sevinərəm - Emin...
Bugun.az

Fransa millisi ilə oyuna ciddi hazırlaşmışıq - Ayx...
Bugun.az

Ayxan Abbasov onu millidən göndərdi - FOTO
Bugun.az

Azərbaycan millisinin baş məşqçi postuna namizədlə...
Bugun.az

XXVII tur başa çatdı
Bugun.az

XIII tura start veriləcək - Premyer Liqa
Bugun.az