Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edildi

31.10.2025 08:33 8 baxış sayı 3 dəq. oxuma Metbuat
“Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edildi

Milli Məclis müntəzəm sərnişindaşıma xidmətləri göstərən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin idarə edilməsinə dair dəyişiklikləri sonuncu oxunuşda qəbul etdi. Qanuna edilən bu dəyişikliklərlə, dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması işlərini həyata keçirəcək vahid səlahiyyətli qurumun müəyyənləşdirilməsi təsdiqləndi.


Qüvvədə olan qanunvericiliyə görə, bu səlahiyyətlər indiyə qədər bölünmüşdü. Bakının inzibati ərazisində dayanacaq məntəqələri ilə bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AZYNA) yerinə yetirirdi. Paytaxtdan kənarda isə zəruri infrastrukturun yaradılması, dayanacaq sxemlərinin təsdiqi və nəzarət işləri yerli icra hakimiyyəti başçılarının səlahiyyətində idi. Artıq vahid qurumun bu işləri təmin etməsi sayəsində, bölgələrdə sərnişindaşıma xidmətlərinin keyfiyyəti artacaq. Eyni zamanda, ölkə üzrə vahid standartların tətbiqi mümkün olacaq.


Qanun layihəsi beynəlxalq yük daşımaları ilə bağlı da əhəmiyyətli yenilik gətirir. Belə ki, Azərbaycan “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi (e-CMR) ilə bağlı Əlavə Protokola qoşulub. Bu qoşulma ənənəvi kağız əmtəə-nəqliyyat qaiməsinin (CMR) elektron formatda tərtib edilməsinə imkan yaradır. Bu yenilik beynəlxalq daşımalarda xərclərin azaldılması, sənədlərin asan idarə edilməsi, sürətli mübadiləsi, təhlükəsizliyin və etibarlılığın təmini kimi üstünlüklər təqdim edir. CMR-in elektronlaşdırılması nəqliyyat sahəsində qlobal rəqəmsallaşmaya ciddi töhfə verir. Bütün dövlətlərdə elektronlaşma tam formalaşmadığı üçün beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi həm elektron, həm də kağız daşıyıcıda paralel olaraq istifadə olunmalıdır. Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edildi.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: