
Son Xeberler
9 abunə
“Təhsil haqqında” qanuna dəyişiklik edildi
25.11.2020 19:35
601 baxış sayı
3 dəq. oxuma

Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.
Bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.
Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.
Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.
A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Təhsil haqqında” Qanuna dəyişiklik ediləcək
Son Xeberler
559
01/10 07:26

Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişikl...
Son Xeberler
699
29/10 14:53

Komitə sədri koronavirusa görə deputatları diqqətl...
Son Xeberler
574
16/06 08:55

Prezidentdən Mediasiya haqqında qanuna
Son Xeberler
585
24/08 16:15

Deputatlar bu gün 13 məsələni müzakirə edəcək -
Son Xeberler
506
15/12 05:46

Nazirlər Kabinetindən təhsillə bağlı
Son Xeberler
676
22/09 18:24