
Albina ölməyib - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Azərbaycanlı müğənni Albina Pyakşevanın Meksika ilə ABŞ sərhədində öldüyü ilə bağlı məlumat yayılıb.
Metbuat.az xəbər verir ki, Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında bu məlumatı təkzib edib:
"Albina yaşayır. Dünəndən bəri şəbəkələrdə yanlış məlumat yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm, amma Albinaya uğurlar arzulayıram və çox şadam ki, bütün bunlar kiminsə səhvi və ya qəsdən etdiyi hərəkət olub. Bu gün baş verən anlaşılmazlığa görə ailəmdən və dostlarımdan, eləcə də Albinadan üzr istəyirəm. Onun faciəli ölümü ilə bağlı şayiələr bütün şəhərə yayıldı və bununla bağlı ağrılarını dilə gətirənlər arasında mən də oldum. Kimsə bilərəkdən inandığımız bir şeyi paylaşdı. Albina, əzizim, üzr istəyirəm. Sizə cansağlığı, uğurlar, firavanlıq arzulayıram", - deyə o qeyd edib.
19:38
Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.
Metbua.taz bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib.
"Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub.
Müğənninin ölüm səbəbi ilə bağlı hələ rəsmi məlumat yoxdur.
Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.
Oxşar xəbərlər

Hacı Şahinin Məzarı Yeniləndi
Bugun.az

EA FC 25-in 7-ci Güncəllənməsi Yayımlandı
Texnologiya xəbərləri

Google “Tap Mənim Cihazımı” tətbiqinin adını dəyiş...
Texnologiya xəbərləri

"WhatsApp"dan gözlənilən
Son Xeberler

Əhalinin NƏZƏRİNƏ!
Xəbər Anı

"Qarabağ" UEFA reytinqində gerilədi
Bugun.az