Buxarestdə partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB

17.10.2025 13:46 4 baxış sayı 1 dəq. oxuma Report
Buxarestdə partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB

Rumıniyanın Buxarest şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb. Ümumilikdə 13 nəfər xəsarət alıb.


"News.ro" bu barədə məlumat yayıb. Bu gün səhər saatlarında çoxmərtəbəli yaşayış binalarından birində güclü partlayış baş vermişdi. İlkin məlumatda iki nəfərin həlak olduğu, 12 nəfərin yaralandığı deyilirdi.


Partlayış Raxov rayonunda yerləşən səkkizmərtəbəli binanın iki mərtəbəsini zədələdi. Hadisə nəticəsində daha bir yaşayış binasına və orta məktəbə də ziyan dəyib.


Paylaş: