
65 yaşına çatmış bu şəxslər daha 5 il işləyə biləcək

Azərbaycanın 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilər.
Metbuat.az xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65 yaşdır.
Xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 faizindən artıq olmamalıdır.
Oxşar xəbərlər

Lənkəranda yürüşlə bağlı saxta məlumat yayanlar sa...
Son Xeberler

Sabahdan yalnız bu mağazalar işləyəcək -
Son Xeberler

Daha iki şəhid övladının xərcləri qarşılandı
Son Xeberler

Bu mallara dair təhlükəsizlik tələbləri təsdiqlənə...
Bugun.az

İki komissiyanın adı dəyişir
Bugun.az

Google Alqoritm İcad Edən Süni Zəka Yaradıb
Texnologiya xəbərləri