Lənkəranda yürüşlə bağlı saxta məlumat yayanlar saxlanıldı - VİDEO
"Lənkəranda bir qrup şəxs düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə saxta profillər və ani mesajlaşma sistemlərində qruplar yaradaraq həqiqətə uyğun olmayan çağırışlar edib. Bununla da həmin şəxslər tərəfindən Lənkəran şəhəri ərazisində yürüşün keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb".
Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər qısa zamanda müəyyən olunub və onlar saxlanılaraq şöbəyə gətiriliblər. Polis şöbəsində həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlara ciddi xəbərdarlıq edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı yalan məlumat yayan şəxslərdərən 3-cü yetkinlik yaşına çatmayanlardır.
Oxşar xəbərlər
Saxta Pul ilə Benzin Almağa Cəhd Edən Şəxs Saxlanı...
Son Xeberler
Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alan va...
Son Xeberler
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
Son Xeberler
Erməni təxribatları davam edir -
Son Xeberler
Lənkəranda baş verən kütləvi davada
melumat.tv
Bu saxta saytla bağlı araşdırmalara başlanıldı
Son Xeberler