
56 yaşlı bələdiyyə sədri Ərdoğanın əlini öpmək istədi

Türkiyə siyasətində ciddi müzakirələrə səbəb olan bir hadisə yaşanıb. Müxalifət partiyası CHP-dən iqtidarda olan AKP-yə keçən Aksu bələdiyyəsinin sədri İsa Yıldırımın hərəkəti diqqət mərkəzindədir. 56 yaşlı Yıldırım ona partiyasının döş nişanını taxmaq istəyən Prezident Rəcəb Tayyib Ərdoğanın əlini öpməyə cəhd göstərib. Hadisə Türkiyə mediasında geniş müzakirə olunur.
Ölkə başçısı bələdiyyə sədrinin bu arzusunu reallaşdırmağa imkan verməyib. Partiya dəyişikliyi barədə danışan İsa Yıldırım öz qərarını açıqlayıb. O bildirib ki, “Bu gün prezidentimiz cənab Ərdoğanın sədri olduğu AKP ailəsinə qoşulmağın qürurunu və həyəcanını yaşadım. Bu, çoxdan verdiyim bir qərar idi.” Yıldırım vurğulayıb ki, o, bu keçidin ardından Aksu əhalisinə və millətinə daha yaxşı xidmət edəcəyini düşünür.
56 yaşlı bələdiyyə sədrinin Prezident Ərdoğanın əlini öpmək cəhdi onu dərhal tənqid hədəfinə çevirdi. Bu davranış siyasi dairələrdə və ictimaiyyətdə xoş qarşılanmadı. Siyasətçinin bu addımı onun əvvəlki partiyası tərəfindən də tənqidlərə məruz qalıb. Bu hadisə Türkiyə siyasətində partiya keçidləri fonunda yaranan etik məsələləri gündəmə gətirib.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bələdiyyə sədri işçisini zorladı
Xəbər Anı

Seçkilərin vaxtı açıqlandı
Xəbər Anı

12 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğdu -VİDEO
Son Xeberler

Məşhur müxalifətçilər Ərdoğanın partiyasına keçir
Bugun.az

Yeni bələdiyyə sədri seçilmişdi, vəfat etdi - FOTO
Bugun.az

4 ay əvvəl seçildiyi vəzifədən getdi - FOTO
Bugun.az


