🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

"Kimsə pulum yoxdur deməsin, hər kəs restoranlarda,alış-verişdə"nəzəriyyəsi nə qədər doğrudur? "The Lipstick effect"

31.10.2024 16:34 20 baxış sayı 2 dəq. oxuma
"Kimsə pulum yoxdur deməsin, hər kəs restoranlarda,alış-verişdə"nəzəriyyəsi nə qədər doğrudur?

Çoxları bu arqumenti eşitmişdir və yaxud tərəfdarı olmuşdur. "Bəs insanlar çoxu restoranlara,alış-veriş mərkəzlərinə axın edir ,hər yer insanlarla doludur, demək yetəri qədər hər kəsin pulu var, heç kəs maddiyatdan şikayətlənməsin"- ifadəsi nə qədər doğrudur? Bunu ən əsası orta və ya yaşlı təbəqənin nümayəndələri tərəfindən eşidirik.Ancaq bunun bir səbəbi və adı olduğunu bilirdiniz?

Bunun adı "The Lipstick effect"-dir.

Yəni insanlar ekonomik cəhətdən çətinlik yaşadığı dövrdə mənəvi və həmçinin fiziki cəhətdən özlərini yaxşı hiss etmək üçün çox bahalı, dəbdəbəli olan şeyləri seçə bilməyib, bahalı görülən başqa kiçik hərəkətləri etməsidir.Misal olaraq tez tez, restoranlara,kafelərə üz tutmaq,bahalı makyaj vasitələri almaq, bahalı sayıla biləcək brend markalardan alış-veriş etmək,konsertlər və ya tədbirlər keçirilən zaman axın etməkdir. Bunun müqavilində insanların bu qədər çox olması və ya sıxlığın nümayiş etdirilməsi əlbəttə stress və şikayətlərə səbəb olur.Ancaq bu sadalananlar bir ev ,maşın almaq qədər bahalı və lüks deyildir.Gündəlik həyatda hər birimizin etdiyi və normal sayıla biləcək işlərdir.

İnsanlar günün böyük bir qismini işləyir,sosial cəhətdən var olmağa çalışır, bunun müqavilində aldığı məvaciblə özünü daha yaxşı hiss edə biləcək şeylərə xərcləyir .Yaşlı nümayəndələrin dediyi kimi "o pulu saxlayıb ev almaqdansa gedib başqa işlərə xərcləyir"- ifadəsi nə qədər doğruluq payı olsa da bir o qədər yanlışdır.İnsan olaraq hər birimizin bu həyatda və cəmiyyətdə var olmaq üçün nə qədər çətinliyimiz varsa bir o qədər də bu əziyyətin bəhrəsini görmək üçün sübutlara ehtiyacımız vardır.

Paylaş: