1 saylı Kliniki Mərkəzdəki koronavirus xəstəsi: Hər an kimsə ölə bilər

21.06.2020 17:16 1,029 baxış sayı 2 dəq. oxuma
1 saylı Kliniki Mərkəzdəki koronavirus xəstəsi:

1 saylı Kliniki Mərkəzdəki koronavirus xəstələri müəssisədə dərman və həkim çatışmazlığından şikayət edir.

Bu barədə sosial şəbəkədə sözügedən xəstəxanada müalicə alan Bəhruz Əliyev paylaşım edib.

O qeyd edib ki, beş gün əvvəl koronavirusa yoluxduğunu öyrənib:

“Artıq beş gündür koronavirusa yoluxmuşam və 1 saylı Kliniki Tibbi Mərkəzin 3-cü korpus, 2-ci mərtəbəsinə yerləşdirilmişəm. Buranın işçi heyətinin infeksiya şöbəsi ilə əlaqəsi yoxdur. Onların virusdan anlayışları yoxdur. Yenə də çox sağ olsun xadimələr və tibb bacıları, kifayət qədər əziyyət çəkirlər. Beş gündür ki, bu mərkəzə başqa müəssisələrdən həkim cəlb olunmur.

Qızdırma ilə yanaşı boğaz ağrıları da şiddətlənib. Bir dərman da yoxdur içməyə. Ancaq “Parasetamol” verirlər. Bu gün temperaturum yüksəldi, xəstəxanada səs-küy saldıqdan sonra baş həkim reaksiya verdi. Onun tapşırığı ilə mənə sistem qoşdular. Bu xəstəxanada heç bir həkimin koronavirus infeksiyasından anlayışı yoxdur. TƏBİB təcili bu məsələyə baxmalıdır. Təcili surətdə bura həkim infeksionistlər göndərilməlidir. Palatalarda hər an kimsə ölə bilər”.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: