"Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır" - Qərbi Azərbaycan Xronikası

20.11.2025 20:57 3 baxış sayı 3 dəq. oxuma Report
"Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır" - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan son analitik süjetdə, Azərbaycanın anklav ərazilərinin Ermənistan tərəfindən qaytarılması məsələsinin yenidən gündəmə gəldiyi bildirilir. Süjetdə iddia edilir ki, bu proses Ermənistanı praktik olaraq iki hissəyə bölə bilər.


Söhbət konkret olaraq Qazaxın üç anklav kəndindən – Sofulu, Bərxudarlı və Yuxarı Əskipara, həmçinin Sədərəyin Kərki kəndindən gedir. Hazırda əsas gözlənti Kərki kəndinin yaxın aylarda qaytarılması ilə bağlıdır. Bu zərurət məhz Zəngəzur dəhlizinin açılması ilə yaranıb. Ehtiyatda olan polkovnik Hayk Nahapetyan, ekspert Şiraz Xaçatryan və deputat Ovik Ağazaryan demarkasiya prosesində Kərki (Tiqranaşen) kəndinin qaytarılmasının gündəmdə olduğunu təsdiqləyirlər. Onlar vurğulayırlar ki, Kərkinin qaytarılması Ermənistanı coğrafi baxımdan ikiyə ayıracaq. Bu hadisə həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən ciddi risklər ortaya çıxaracaq. Rəsmi İrəvan, həmçinin Başkənddən imtina etməlidir.


Zəngəzur dəhlizi ilə bağlı Ermənistan rəsmilərinin bəyanatları prosesin ciddiliyini göstərir. Baş nazir Nikol Paşinyan dəhlizin Ermənistan ərazisinə düşən hissəsində tikinti işlərinin gələn ildən başlayacağını açıqlayıb. Paşinyan əlavə edib ki, ilin sonuna qədər bütün hüquqi məsələlər yekunlaşdırılacaq. Sərhədin demarkasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan isə TRIPP layihəsinə görə Sünikdə (Zəngəzur) qeyri-adi demarkasiya prosesinin həyata keçirilə biləcəyini deyib. Bu delimintasiya prosesinin nəticəsi təkcə anklavları əhatə etməyə bilər. SSRİ dövründə ermənilərə verilən Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi kəndi və bir sıra yaşayış məntəqələri də geri qaytarıla bilər. Regionda təhlükəsizlik məsələləri önə çıxır. Dəhlizin Ermənistan hissəsinin tikintisinə cəlb ediləcək xarici investisiyaların təhlükəsizliyi təmin edilməli, beynəlxalq daşımalar təhlükəsiz şəraitdə həyata keçirilməlidir.


Tavuş və Naxçıvan istiqamətində anklavların qaytarılmasının aktuallaşması Ermənistan üçün yaranan riskləri daha da artırır. Bu risklər hərbi, siyasi və iqtisadi sahələri əhatə edir. Bununla birlikdə, erməniləri narahat edən əsas məsələlərdən biri Azərbaycandan deportasiyaya məruz qalmış soydaşlarımızın öz doğma yurdlarına qayıdışıdır. Ekspertlər bildirirlər ki, Qərbi Azərbaycana qayıdış Bakı-İrəvan xəttində baş verən indiki proseslərin növbəti mərhələsi olacaq. Bu, regionun gələcək inkişafı baxımından ən mühüm geosiyasi hadisədir.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: