
Zelenski ordunun komandir həyətinə çağırış edib

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun komandir heyətinə müraciət edərək onlardan gerçəkləri açıqlamağı tələb edib. Bu çağırış Noyabrın 3-də bir qrup jurnalistlə kabinetində baş tutan görüş zamanı səsləndirilib. Prezident komandirlərin vəziyyət necə olursa-olsun, dürüst məlumat verməkdən çəkinməməli olduğunu xüsusi vurğulayıb.
Zelenski bəyan edib ki, komandirlər ön xətdə mövqelərin itirilməsi barədə məlumat verməkdən qorxmamalıdırlar. Onun sözlərinə görə, hərbçilərin əsas vəzifəsi döyüş şəraitində şəxsi heyətin qorunmasıdır. Əsgərlərin təhlükəsizliyini təmin etmək hərbi rəhbərlik üçün birinci dərəcəli məsələdir.
Prezident, personalın qorunmasının strateji əhəmiyyətini belə izah edib: "Şəxsi heyəti qorudunsa, afərin olsun. Çünki şəxsi heyətin varsa, sən sonra vəziyyəti necə bərpa edəcəyini həll edə bilərsən. Amma şəxsi heyətin yoxdursa, bu başqa vəziyyət deməkdir." O, bununla ordunun resursları qorumağa diqqət yetirməsinə dair konkret mesaj verib.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Zelenski Rusiyanın 300-dən artıq tankerinə sanksiy...
Azəri Xəbər

Yüzlərlə Çin vətəndaşı Rusiya ordusuna qatılıb -...
Bugun.az

Biz öz torpağımızı heç kimə verməyəcəyik -Zelenski
Bugun.az

Zelenski: "Biz uduzmuruq"
Bugun.az

Zelenski Trampın nümayəndəsi ilə görüşdü
Bugun.az

Ukrayna'nın NATO yolu bağlanır?
KIBRIT MEDIA
                                        


