
Yüzlərlə Çin vətəndaşı Rusiya ordusuna qatılıb - Zelenski

Yüzlərlə Çin vətəndaşı Rusiya ordusunda Ukraynaya qarşı döyüşür.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. Zelenski NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasının iştirakçılarına videokonfrans vasitəsilə müraciət edib. Zelenski qeyd edib ki, Rusiyanın Ukraynaya ballistik raketlərlə hücumları davam edir. Zelenski, daha güclü hava hücumundan müdafiə imkanlarına ehtiyac duyduqlarını ifadə edib. O, Ukraynanın Patriot hava hücumundan müdafiə sistemlərinə ehtiyac olduğunu bəyan edib.
Rusiyanın Çin vətəndaşlarını ordusuna qatmağa başladığını qeyd edən Zelenski, "Bizdə, yüzlərlə Çin vətəndaşının Rusiya işğalçı qüvvələrinin tərkibində vuruşduğuna dair məlumat var” - deyə bildirib.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Zelenski: "Biz uduzmuruq"
Bugun.az

Rusiya Kiyevi bombaladı:
Xəbər Anı

Putin açıq şəkildə danışıqlardan yayınır - Zelensk...
Bugun.az

Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə...
Bugun.az

Ermənistanı tərk edərək Rusiya vətəndaşlığı alanla...
Son Xeberler

Putin və Zelenski dil tapa biləcəklər - Tramp
Bugun.az