
XİN: Tramp marşrutu ilə bağlı tikinti işlərinə nə zaman başlanacağı hələlik məlum deyil

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə bağlı ABŞ və Ermənistan arasında danışıqların davam etdiyini bildirib. Onun sözlərinə görə, marşrut üzrə tikinti işlərinə nə zaman start veriləcəyi hələlik dəqiq məlum deyil. Bu marşrut Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin etməli və regional bağlantıları möhkəmləndirməlidir.
A. Hacızadə həmçinin vurğulayıb ki, Azərbaycan sülh prosesinin təşəbbüskarı kimi regionda davamlı sülh və sabitliyin bərqərar olmasında çox maraqlıdır. Vaşinqton sammitində əldə edilən razılaşmalardan sonra keçirilmiş rəsmi görüşlər və qeyri-rəsmi təmaslar sülh gündəliyini irəlilətməyi, razılıqların icrasını sürətləndirməyi hədəfləyir. Davamlı sülhün əldə olunması üçün müəyyən şərtlər yerinə yetirilməlidir. Azərbaycanın sülh sazişinin imzalanması üçün ən əsas şərti, Ermənistanın Konstitusiyasında dəyişiklik etməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialara son qoymasıdır.
XİN rəsmisi qeyd edib ki, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri TRIPP layihəsidir. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində, Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Müvafiq nəqliyyat infrastruktur layihəsinin həyata keçirilməsi, təhlükəsizlik tədbirləri və maneəsiz keçidin təmin edilməsi ilə bağlı danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır. Bu marşrut Azərbaycanın iki bölgəsini birləşdirəcək. Buna görə də ölkəmizin prinsipial mövqeyi həm ABŞ, həm də Ermənistan tərəflərinə bildirilib. Azərbaycan ümid edir ki, bu istiqamətdə tədbirlər qısa müddətdə həyata keçiriləcək.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınOxşar xəbərlər
ABŞ Prezidenti: Tramp marşrutu Mərkəzi Asiya xalql...
Azəri Xəbər

Tikinti müəssisələrində çalışan muzdlu işçilərin s...
Bugun.az

Alyaskada F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb
Texnologiya xəbərləri

Tramp Ağ Evin Şərq Qanadında 300 Milyon Dollarlıq...
Texnologiya xəbərləri
Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzad...
Azəri Xəbər

Tramp G20 zirvəsi zamanı qolf oynamağa getdi -
Son Xeberler



