
Tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı artıb

Bu il iyulun 1-nə tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 119 min nəfər təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb
Sənədə əsasən, bu, 2024-cü ilin sonu ilə müqayisədə 5,7 % çoxdur.
Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 6 ayda 8,1 milyard manat vəsait yönəldilib ki, bunun da 6,1 milyard manatı tikinti- quraşdırma işlərinə sərf edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% çoxdur. Respublika ərazisində tikinti-quraşdırma işlərinə sərf edilən əsas kapitala yönəldilən vəsaitin 31,5 %-i isə (2 milyard manatı) işğaldan azad olunmuş ərazilərin payına düşüb.
Hesabat dövrünə tikinti sektorunun stabil artım tempi iqtisadiyyatda ümumi investisiya mühitinin güclənməsinə və məşğulluq səviyyəsinin qorunmasına müsbət təsir göstərib.
"Beləliklə, son dövrlərdə tikinti sektorunun ÜDM-dəki payının artması ümumi iqtisadi aktivliyin dəstəklənməsində əhəmiyyətli rol oynayıb", - AMB hesab edir.
Oxşar xəbərlər

Bakıda bu sahədə çalışanların maaşı artıb
Xəbər Anı

Bu şəxslərin əmək haqqıları 9 faiz artıb
Bugun.az

Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Bugun.az

Orta aylıq əməkhaqqı artdı
Bugun.az

Azərbaycanda qadın sürücülərin sayı artdı
Bugun.az

Amazon Anbarlarında Böyük Etiraz: Həbslər Var!
Texnologiya xəbərləri