Unay Emeri "Aston Villa"nın rekordçusu olub

04.12.2025 08:46 8 baxış sayı 1 dəq. oxuma Report
Unay Emeri "Aston Villa"nın rekordçusu olub

Unay Emeri İngiltərənin "Aston Villa" klubunda Premyer Liqada qazandığı qələbələrin sayına görə rekordçu olub. Birmingem təmsilçisinin mətbuat xidməti bu barədə məlumat yayıb.


Mütəxəssis bu rekorda Premyer Liqanın XİV turunda nail oldu. Həmin turda "Aston Villa" səfərdə "Brayton"u 4:3 hesabı ilə məğlub etdi. İspan baş məşqçi bununla da "Aston Villa"nın sükanı arxasında 62-ci qələbəsini qazandı.


Emeri bu göstəricidə özündən əvvəlki rekordçuları, Con Qreqori və Martin Oneyli (hər ikisi 61 qələbə) geridə qoydu. Qeyd edək ki, "Aston Villa" İngiltərə Premyer Liqasında 14 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: