
UEFA Çempionlar Liqası: "Barselona" "Çelsi"yə, "Mançester Siti" "Bayer 04" klubuna uduzub

UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tura start verildi. Turun ilk oyun günündə cəmi 9 qarşılaşma baş tutdu və bir neçə sensasiyalı nəticə qeydə alındı. Gecənin əsas sürprizi "Barselona"nın "Çelsi"yə böyük hesabla məğlubiyyəti oldu; İspaniya klubu səfərdə 3:0 hesabı ilə uduzdu. Digər favorit, "Mançester Siti" də doğma meydanında uğursuzluqla qarşılaşdı. İngiltərə təmsilçisi "Bayer 04" klubu ilə bacarmadı və matç 0:2 hesabı ilə almanların xeyrinə bitdi. Bu nəticələr turnirdə vəziyyəti xeyli gərginləşdirdi.
Azərbaycanı təmsil edən "Qarabağ" da V turun oyunlarında iştirak etdi. Ağdam təmsilçisi İtaliyada "Napoli"nin qonağı oldu və bu oyunda rəqibinə 2:0 hesabı ilə məğlub oldu. Eyni zamanda, "Qarabağ"ın mərhələdəki rəqiblərindən "Ayaks" komandası da evdə xal itkisinə dözməli oldu. Onlar Portuqaliya təmsilçisi "Benfika"ya 0:2 uduzdular. Türkiyə klublarından "Qalatasaray" isə doğma meydanda "Yunion"a 0:1 hesabı ilə məğlubiyyətlə üzləşdi.
Noyabrın 25-də keçirilmiş Liqa mərhələsinin V turunun bütün nəticələri aşağıdakı kimidir:
UEFA Çempionlar Liqası - Liqa mərhələsi - V tur
"Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) 0:2
"Qalatasaray" (Türkiyə) - "Yunion" (Belçika) 0:1
"Mançester Siti" (İngiltərə) - "Bayer 04" (Almaniya) 0:2
"Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya) 3:0
"Borussiya" (Dortmund, Almaniya) - "Vilyarreal" (İspaniya) 4:0
"Napoli" (İtaliya) - "Qarabağ" (Azərbaycan) 2:0
"Slaviya" (Çexiya) - "Atletik" (İspaniya) 0:0
"Budyo Qlimt" (Norveç) - "Yuventus" (İtaliya) 2:3
"Marsel" (Fransa) - "Nyukasl" (İngiltərə) 2:1
Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu gün Çempionlar Liqasında V tura start veriləcək
Azəri Xəbər

"Barselona", "İnter" və "Mançester Siti" aman verm...
Son Xeberler

"Mançester Siti" Çempionlar Liqasında son 14 ev ma...
Azəri Xəbər

"Qalatasaray" məğlub oldu, "Siti" qələbə qazandı -...
Bugun.az

Bu gün ÇL-də 5-ci tura start veriləcək - Oyunlar
Bugun.az

“Barselona” qalib gəldi, “Atletiko” evdə məğlub ol...
Bugun.az



