🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

“Barselona” qalib gəldi, “Atletiko” evdə məğlub oldu - ÇL

23.10.2024 21:25 35 baxış sayı 1 dəq. oxuma
“Barselona” qalib gəldi, “Atletiko” evdə məğlub oldu - ÇL

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.

İspaniyanın “Barselona” klubu doğma meydanda Almaniya təmsilçisi “Bavariya”nı böyük hesabla məğlub edib. “Mançester Siti” (İngiltərə) evdə “Sparta”nı (Çexiya) darmadağın edib. İngiltərənin digər təmsilçisi “Liverpul” isə səfərdə “Leyptsiq”ə (Almaniya) minimal hesabla qalib gəlib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

23 oktyabr

“Atalanta” (İtaliya) - “Seltik” (Şotlandiya) 0:0
“Brest” (Fransa) - “Bayer 04” (Almaniya) 1:1
“Mançester Siti” (İngiltərə) - “Sparta” (Çexiya) 5:0
“Leyptsiq” (Almaniya) - “Liverpul” (İngiltərə) 0:1
“Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) 4:1
“Atletiko” (İspaniya) - “Lill” (Fransa) 1:3
“Benfika” (Portuqaliya) - “Feyenoord” (Niderland) 1:3
“Zaltsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
“Yanq Boys” (İsveçrə) - “İnter” (İtaliya) 0:1

Qeyd edək ki, Liqa mərhələsində IV tura noyabrın 5-də start veriləcək.

Paylaş: