Tovuzda dəhşətli qətl-intihar: Əvvəl həyat yoldaşını öldürdü, sonra özünü asdı (YENİLƏNİB)

16.10.2025 17:37 11 baxış sayı 2 dəq. oxuma Apa
Tovuzda dəhşətli qətl-intihar: Əvvəl həyat yoldaşını öldürdü, sonra özünü asdı (YENİLƏNİB)

Tovuz rayonunda qeydə alınan dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb. Oktyabrın 16-da, günorta saat 12 radələrində Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin qətlə yetirilməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.


Aparılan araşdırmalar nəticəsində, mərhumun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin onu qəsdən öldürməsi, ardınca isə intihar etməsinə dair əsaslı şübhələr müəyyənləşdirilib.


Qətli törətməkdə şübhəli bilinən 29 yaşlı Səbuhi Hacızadənin cansız bədəni daha sonra Əyyublu kəndindəki istifadəsiz bir fermada aşkar edilib. İlkin məlumatlara görə, o, özünü ağacdan asaraq intihar edib.


Hadisənin təfərrüatları ilə bağlı məlumata görə, Səbuhi Hacızadə qətldən bir gün öncə yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. O, səhər saatlarında həyat yoldaşı Mətanətin ata evinə gələrək orada mübahisə yaradıb. Mübahisə nəticəsində Səbuhi Mətanəti bıçaqlayaraq amansızcasına öldürüb.


Məlum olub ki, ər-arvadın ailəsində hələlik üç azyaşlı övladları qalıb. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanılıb, ilkin istintaq hərəkətləri davam etdirilir.


Paylaş: