
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmə istintaqı yekunlaşıb

Bakıda tanınmış alimin ölümü ilə nəticələnən yol qəzası üzrə məhkəmə istintaqı başa çatıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, həkim Azər Maqsudovun cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılırdı. Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən növbəti iclasda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri onlayn formada iştirak ediblər.
Ekspertlər Tahmasib Bağırov və Lətif Əliyev hadisə ilə bağlı hazırladıqları rəyi izah etdilər, tərəflərin suallarını cavablandırdılar. Maqsudovun vəkili Musa Abdinov ekspert rəyinin yanlış olduğunu və müdafiə tərəfinin qoyduğu sualların cavabsız qaldığını irəli sürdü. Lakin zərərçəkmiş tərəfin hüquqşünasları ekspertlərin rəyi ilə razılaşdılar. Bu prosesdə məhkəmə istintaqı yekunlaşdı, dövlət ittihamçısı çıxış üçün vaxt tələb etdi. İş üzrə növbəti proses oktyabrın 27-də keçiriləcək.
Məhkəmədə ekspert rəyləri dinlənildikdən sonra mülki iddiaya baxıldı. Təqsirləndirilən Azər Maqsudov zərərçəkmiş tərəfin 400 min manatlıq mülki iddia tələbini qəbul etmədiyini bildirdi. O, mərhumun ailəsi ilə barışıq üçün dəfələrlə cəhd göstərdiyini, hətta dəfn və yas mərasimlərinə getdiyini söylədi, lakin onları qovublar. Həkim ailə ilə barışıq üçün notariusa getməyə hazırlaşarkən, mərhumun həyat yoldaşı Şevda xanım razılaşmayıb. O qeyd etdi ki, ailə əvvəlcə Bakıda iki ədəd ikiotaqlı mənzil, sonra 400 min, 250 min və sonda 125 min manat tələb edib. Maqsudov isə onlara 45 min manat təklif edib. Həmçinin, o, himayəsində iki azyaşlı uşağın olduğunu, onlardan birinin I qrup əlil olduğunu vurğulayaraq, alim kimi bu məbləği ödəməyə imkanı olmadığını izah etdi.
Xatırladaq ki, ölümcül qəza 2023-cü ilin noyabrın 15-də gecə saat 23 radələrində Sabunçu rayonunda baş vermişdi. Azər Maqsudovun idarə etdiyi “Mercedes” markalı avtomobil 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurmuşdu. Hadisə Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsinə qəfil çıxması səbəbindən baş verib. Qəzadan sonra A. Maqsudov xəsarət alan şəxsi dərhal xəstəxanaya apardı. Lakin həkimlər onu xilas edə bilmədilər. Həlak olan Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim idi. O, Bakıya noyabrın 16-da keçiriləcək beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlmişdi.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Paytaxtda ölümlə nəticələnən qəzada təqsirləndiril...
Azəri Xəbər

Xəstələrinə qarşı iyrənc hərəkət edən həkim həbs o...
Xəbər Anı

Nikolya Sarkozi 3 il müddətinə azadlıqdan məhrum e...
Son Xeberler

Şimali Koreya lideri vəfat etdi - Rəsmən açıqlanır
Anar Türkeş

Dəhşətli hadisə: 9 futbolçu həyatını itirdi
İdman Xəbər

Goranboyda ağır qəza -Ölənlər var
Bugun.az