Sumqayıt və Ucarda silsilə oğurluqlar törədən cinayətkar qruplaşma yaxalanıb

15.10.2025 09:37 16 baxış sayı 2 dəq. oxuma Apa
Sumqayıt və Ucarda silsilə oğurluqlar törədən cinayətkar qruplaşma yaxalanıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi evdən dəyən zərərlə bağlı oğurluq etməkdə şübhəli bilinən cinayətkar qruplaşmanın üzvləri nəzarətə götürülüb.
Saxlanılan şəxslər Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov, habelə dəstənin üzvü olan bir qadındır. Onlar silsilə oğurluqlar törətməkdə ittiham olunurlar.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun yaydığı rəsmi xəbərə əsasən, qruplaşma üzvləri adıçəkilən mənzillərdən ümumilikdə 13 min manat nəğd pul və külli miqdarda qızıl-zinət əşyalarını talayaraq aralarında bölüşdürüblər.


Həmçinin araşdırma zamanı müəyyən edilib ki, yaxalanan şəxslər bu əməllərdən əlavə, Sumqayıt şəhəri ərazisində yerləşən daha iki fərdi yaşayış evindən də analoji cinayətlər törədiblər.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Paylaş: