
Şirkətin 802 min manatlıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibə cəza istənilib

“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə günahlandırılan sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılan prosesdə dövlət ittihamçısı çıxış edərək Zeynalova üçün cəza istəyib. Prokuror Samirə Zeynalovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 179.4-cü maddəsi üzrə təqsirli bilinməsini təklif etdi. Dövlət ittihamçısı məhkəmədən ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edir.
Prokuror çıxışı zamanı ittiham olunan digər maddələrə xitam verilməsini xahiş edib. O, ittiham aktında göstərilən 308.2-ci maddənin (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) təsdiqini tapmadığını bildirib. Eyni zamanda, 313-cü maddə (vəzifə saxtakarlığı) üzrə isə müddətin keçdiyini əsas gətirərək xitam verilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili isə məhkəmədə müdafiə çıxışı etmək üçün əlavə vaxt tələb edib. Növbəti məhkəmə iclası oktyabrın 22-nə təyin olunub.
İttihama görə, Samirə Zeynalova “Rifah Group” MMC-nin baş mühasibi vəzifəsində işləyərkən 2022-2023-cü illər ərzində vəzifə mövqeyindən sui-istifadə edib. O, qohumlarından başqa məqsədlər üçün aldığı etibarnamələrdən xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb. Baş mühasib şirkətə məxsus olan 802.429,45 manat pul vəsaitini həmin şəxslərin hesablarına köçürüb və beləliklə, külli miqdarda mənimsəmə əməlini törədib. O, əvvəlcə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Məlumata görə, Samirə Zeynalovanın dörd övladı var, onlardan biri 1-ci qrup əlildir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Nəzakət Məmmədxanova həbs edildi
Bugun.az

MN-nin sabiq vəzifəlilərinə hökm oxundu
Bugun.az

Sinif yoldaşının ölümündə təqsirləndirilən yeniyet...
Azəri Xəbər

SON DƏQİQƏ! Azərbaycanda daha bir vəzifəli şəxs hə...
Son Xeberler

Bakıda evdən 50 000 manatlıq oğurluq edildi
Son Xeberler

Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
Son Xeberler