
Nəzakət Məmmədxanova həbs edildi

“Premium Bank” ASC-nin sabiq filial müdiri Nəzakət Məmmədxanova həbs edilib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bankdan 461 min manat mənimsəməkdə təqsirli bilinib.
Onunla birgə bankın baş xəzinədarı da eyni ittihamla mühakimə edilib. Təqsirləndirilən xanımlar ikisi də azadlıqda idi.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, Nazakət Məmmədova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
Samirə Əliyevaya isə şərti cəza verilib.
Qeyd edək ki, cinayət hadisəsi “Premium Bank”ın 5 saylı filialında baş verib.
Oxşar xəbərlər

"Nəzakət mənə qarşı nankorluq etdi"
Şou Xəbər

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler

Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler

SON DƏQİQƏ: Azərbaycanın Xalq artisti koronavirusa...
Son Xeberler

Nəzakət Məmmədovaya ağır cəza verildi
Xəbər Anı

Səlim Müslümov həbs edildi
Son Xeberler